29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
15 İyul 2025 13:22
5 747
Bazar ertəsi, Tikantəpə şəhrinin Yulğun Ağac kəndinin sakinləri kəndin Sərdərə ərazisində yerli olmayan mədənçilərin dağıdıcı fəaliyyətlərinə qarşı etiraz eyləmi keçiriblər. Onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə öz hüquqi səbəblərini açıqlayıb və bu mədənin fəaliyyətinin dayandırılmasını tələb ediblər.
Gunaz.tv
Yulğun Ağac Telegram kanalının məlumatına görə, qanuna əsasən, hər bir mədən sahəsi başa çatdıqdan sonra ilkin vəziyyətinə qaytarılmalıdır ki, bu da mədən sahibi tərəfindən edilməyib. Yeni mədən açmaq üçün bütün hüquqi işlər, müvafiq araşdırmalar aparılmalıdır, bu da aparılmayıb. Qanuna görə, qanunu pozan mədənçinin mədən lisenziyası və səlahiyyəti ləğv edilməlidir.
Kəndin yerli idarəetmə orqanı və kənd sakinlərini təmsil edən iddiaçılar məclisi istismar qanununun normalarına əməl etmədiyi üçün mədənçiyə şikayət edib və ölkənin Mədən təşkilatı araşdırma aparıb nəticəsini açıqlayana qədər mədənçinin fəaliyyətini dayandıramsını istəyib.
Hesabatda əlavə olunur ki, bu mədənin fəaliyyəti nəticəsində suayrıcının baş hissəsindəki SelAparan bölgəsinin bağları, əkin sahələri və bulaqları quruyub.
Qeyd edək ki, tarixi Yulğun Ağac kəndi Tikantəpə şəhəri yaranana qədər Afşar bölgəsinin mərkəzi olub və bu kənddə Afşar bölgəsinin hakimi “Süleyman Xan Afşar” yaşayıb. Azərbaycanın bu böyük və köhnə kəndində mədəni irs rəsmilərinin səhlənkarlığı ucbatından dağıdılan onlarla tarixi abidə var.
İsfahanlı mədənçilərin fəaliyyəti nəticəsində baş verən dağıntılara görə, indiyədək Azərbaycanın Yulğun Ağac kəndinin 500 ailəsini köç etməyə məcbur qalıb. 2021-ci ilin iyulunda Qərbi Azərbaycan Radio və Televiziya Agentliyi yazırdı: “1978-ci ildə bu kəndin 720 təsərrüfatı var idi, indi isə mədənlərin dağıdılması səbəbindən kənddə cəmi 220 təsərrüfat qalıb”.
28 Avqust 10:48
1 589
25 Avqust 11:15
2 744
25 Avqust 11:13
2 625