Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
Magistraturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
Prezident: İşğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalmışdır
28 İyul 13:38
4 137
Son günlər Urmu gölünün qurumuş yatağında onlarla ağır yük maşınının olması ilə bağlı görüntülər ictimaiyyət və mediada etiraz dalğasına səbəb olub. Sosial şəbəkələrdə yayılan görüntülərə görə, bir vaxtlar Güney Azərbaycanda ekoloji həyatın simvolu olan və indi cansız səhraya çevrilmiş göl yatağında şübhəli hərəkətlər müşahidə olunur
Gunaz.tv
Ətraf mühit fəallarının bildirdiyinə görə, yük maşınlarının fəaliyyəti faydalı qazıntıların çıxarılması və ya göl yatağından müəyyən resursların köçürülməsi ilə bağlı ola bilər. Bəzi təsdiqlənməmiş hesabatlar da bu sahədən litium və ya digər qiymətli elementlərin çıxarılmasını göstərir.
Məsələ ilə bağlı rəsmilər hələ dəqiq açıqlama verməyib.
2022-ci ilin agustunda İranın rəsmi dövlət xəbər agentliyi olan İRNA Urmu gölündə böyük litium ehtiyatlarının olması barədə məlumat yayıb və bəzilərinin fikrincə Urmu gölünün qurudulmasının səbəblərindən biri bu nadir metalın çıxarılmasından gəlir əldə etmək məqsədidir. Eyni zamanda, İranın Geoloji və Mineral Kəşfiyyat Təşkilatının rəhbəri Urmu gölünün tərkibində litium olduğunu və Çin şirkətlərinin göldən duzlu su çıxarmaq üçün icazə istədiklərini açıqlayıb.
Xatırladaq ki, Azərbaycanın fəalları uzun müddətdir ki, İran hökumətinin Urmu gölünün dibindəki titan və litium ehtiyatlarını talamaq və Azərbaycan xalqını ölkənin mərkəzi bölgələrinə köç etməyə məcbur etmək üçün məqsədli şəkildə gölü qurutmağa çalışdığını bəyan edirlər.
23 Dekabr 14:51
1 442
18 Dekabr 19:45
3 675
18 Dekabr 11:03
3 871