Qoşaçaydan (Miandoab) olan azərbaycanlı türk fəal Nasir Həşmətinin vəziyyəti ilə bağlı hələ də məlumat yoxdur Güney Azərbaycan

Qoşaçaydan (Miandoab) olan azərbaycanlı türk fəal Nasir Həşmətinin vəziyyəti ilə bağlı hələ də məlumat yoxdur

Qərbi Azərbaycanın Qoşaçay şəhərində Nasir Həşmətinin həbsindən 4 gün keçməsinə baxmayaraq, onun həbsinin səbəbi və saxlanılma yeri barədə hələ də məlumat yoxdur.

Gunaz.tv

Nasir Həşməti 26 iyul 2025-ci il şənbə günü Qoşaçay şəhərinin Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən iş yerində tutularaq naməlum yerə aparılıb. Həbs zamanı agentlər onu döyüb, noutbukunu və telefonunu əlindən alıblar.

Həmçinin, Nasir Həşmətinin qardaşı onun vəziyyəti ilə tanış olmaq üçün Qoşaçayın Kəşfiyyat İdarəsinə gedərkən onu da şiddətlə döyüb və bir neçə saat bölmədə saxlayıblar.

Xatırladaq ki, Nasir Həşməti iki ay əvvəl bel diskindən əməliyyat olunub. Bu günlərdə çox gəzmək və çox oturmaq onun sağlamlığı üçün zərərlidir.

Qeyd edək ki, Son günlər Urmu gölünün qəsdən qurudulmasına qarşı həssaslıq və etirazlar artdıqca, İran rejimi tərəfindən Güney Azərbaycanda siyasi və milli fəalların həbsləri də güclənib.