Güneyli ağsaqqallar Yürüş Mehrəlibəyliyə müraciət etdi Güney Azərbaycan

Güneyli ağsaqqallar Yürüş Mehrəlibəyliyə müraciət etdi

Bir qurup güneyli ağsaqqal, siyasi və mədəni aktivisti Yürüş Mehrəlibəglyə aclığını dayandırması üçün müraciət edib.
Ulu tanrının adı ilə Özgürlük və insanlıq adına! Əziz Yürüş Mehralıbəyli! Sən sərt və yenilməz şəkildə azərbaycan millətinin haqqını almağa addım atan, bu millətin insanlıq yatırımlarındansan. Sənin keçmişin və gördüyün işlər özü, taysız və övülməsi gərəkən dirəniş və dözümünün tam tamına bəlgəsidir; belə ki hər cür ədalətsizlik və əyriliyə səssiz qalmayıb və indi bu haq istəməyinə görə dustaqdasan. İndi isə 36 gündür, siyasi tutsaqların ailələrinə olan incitmələrə qarşı durmaq üçün aclıq orucundasan. Sən canından keçməklə, ədalətsizlik qarşısında dirənib dayanmağın davamlı olduğunu bir daha isbatladın; bu dirənişin qiməti lap can vermək belə olsa da. Arxayın ol sənin haq istəyin bütün duyarlı insanlara çatmışdır. Sən bugün taysız dirənişinlə tarix yazdın və sənin varlığın aydın gələcəyə umud ışığını bizim ürəklərimizdə canlandırır. Buna görə sənin istəklərindən olan siyasal tutsaqlara və tutsaq yoldaşlarına gerçəkləştirilməsi gərəkən izin və yer dəyişimi kimi önəmli istəklərin qarşısında məhkəmə yetkililəri və dustaq sorumlularının yüngül yumuşanmasına dayanaraq səndən bu aclıq orucunu sonlandırmağını istəyirik.
Atila Kişizadə
Cəlal kudərilu
Əbduləziz Əzimi Qədim
Əkbər Azad
Əliriza Sərrafi
Ətiyyə tahir i
Həsən Dəmirçi
Həsən Raşidi
Hüseyn Məhəmmədxani güneyli
Məhəmməd Rəhmanifər
Məhərrəm Kamrani
Səid Muğanlı