29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
6 Avqust 2025 16:11
6 930
Yəzd və İsfahanda günəş elektrik stansiyalarının açılışı olub.
Gunaz.tv
Təbrizdə 2000 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi üçün Milli İnkişaf Fondu tərəfindən 800 milyon dollar vəsaitin ayrılmasının elan edilməsindən 7 aydan çox vaxt keçsə də bu layihənin həyata keçirilməsi üçün heç bir tədbir görülməyib.
Energetika Nazirliyi, Milli İnkişaf Fondu və Kənd Təsərrüfatı nazirliyi kimi qurumlar tərəfindən hazırlıq işlərinin görülməsinin iddia edilməsinə baxmayaraq, investorların cəlb edilməsi, təməlin atılması və ya icra prosesinə başlanması ilə bağlı heç bir hesabat dərc olunmayıb.
Təbrizdə fəallar və sənayeçilər ayrılmış böyük vəsaitin taleyi ilə bağlı şəffaflıq tələb edirlər. Onlar hesab edirlər ki, bərpa olunan enerji sahəsində imkanların boşa getməsi təkcə əyalətin sənaye inkişafına təhlükə yaratmayıb, həm də ictimaiyyətin məmurların vədlərinə inamsızlığına səbəb olub.
Ötən ay İsfahanda ölkənin ən böyük günəş elektrik stansiyası istifadəyə verildiyi, keçən il isə Yəzd günəş elektrik stansiyasının açılışı olduğu halda, Azərbaycanda hələ də yerinə yetirilməmiş vədlər ölkənin makro-siyasətində struktur ayrı-seçkiliyi və bu regionun inkişafına diqqətsizliyi bir daha sübut edir.
28 Avqust 10:48
1 575
25 Avqust 11:15
2 730
25 Avqust 11:13
2 611