

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Evin zindanında məhbus olan 18 siyasi fəal bəyanat yayaraq, İran İslam Respublikasının Urmu gölünün quruması ilə bağlı siyasətini pisləyib və bunun düzəlməz nəticələri barədə xəbərdarlıq ediblər.
Gunaz.tv
9 avqust 2025-ci il şənbə günü Evin həbsxanasında məhbus olan bir qrup azərbaycanlı siyasi və vətəndaş fəalı islahatçı siyasi məhbuslarla birlikdə İslam Respublikası hökumətini “Urmu gölünü qəsdən qurutmaqda” və onun flora və faunasını məhv etməkdə ittiham edən bəyanat imzalayıb.
Bu bəyanatda Azərbaycanın bu təbii sərvətinin quruması, canlı növlərinin, təbii irsinin və ölkənin ətraf mühitinin məhv edilməsi “milli fəlakət” kimi qiymətləndirilir və ekoloji tələblərə əməl olunmasının vacibliyi vurğulanmaqla yanaşı, İran hökumətinə və xalqına bu cür siyasətlərin nəticələri barədə xəbərdarlıq edilir.
Bu bəyanatı Siamək İbrahimi, Səid Əhmədi, Mütəllib Əhmadian, Mahmud Ocaqlı, Məhəmməd Baqir Bəxtiyar, Şəhriyar Bərati, Mürtəza Pərvin, Mustafa Taczadə, Xəşayar Səfidi, Hüseyn Sənbezadə Məhəmməd Rza Fəqihi, Əbülfəzl Qədiani, Möhsün Qaşqayi, Mehdi Mahmudian, Məhəmməd Nəcəfi və Tahir Nəqəvi, o cümlədən 18 məhbus və siyasi fəal imzalayıb.