Durnalar Yuvasında Urmu gölünə dəstək şüarları səsləndirilib Güney Azərbaycan

Durnalar Yuvasında Urmu gölünə dəstək şüarları səsləndirilib

3 dekabr 2025-ci il tarixində Qərbi Azərbaycanın Urmiya şəhərindəki Durnalar Yuvası stadionunda keçirilən Urmiya Bələdiyyəsi Voleybol qarşılaşması zamanı tamaşaçılar tərəfindən Urmu gölünə dəstək şüarları səsləndirilib.

Gunaz.tv

Bununla tamaşaçılar gölün acınacaqlı durumuna diqqət çəkməyə çalışıblar.

Oyun zamanı "Gəlin gedək ağlayaq, Urmu gölün dolduraq", "Urmu gölü can verir, məclis onun qətlinə fərman verir" kimi şüarlar səsləndirilib.

Xatırladaq ki, mütəxəsislərin fikrincə Urmu gölünün quruması Güney Azərbnaycanda milyonlarla insanın sağlamlığını təhlükə altına atır və bu bölgəni yaşanılmaz hala gətirir.