29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
14 Yanvar 12:12
11 060
Həmədanlı Azərbaycanlı gənc rejissor Cavad Gənci İran İslam Respublikası rejiminin təhlükəsizlik qüvvələrinin açdığı birbaşa atəş nəticəsində həyatını itirib.
Gunaz.tv
39 yaşlı Cavad Gəncinin cümə günü, 9 yanvar tarixində Tehranın Sadiqiə (Sadeghiyeh) bölgəsində keçirilən küçə etirazları zamanı öldürüldüyü bildirilir.
Məlumata görə, Cavad Gənci etirazlar zamanı hökumət qüvvələrinin birbaşa atəşinə tuş gəlib və hadisə yerində həyatını itirib.
Cavad Gənci kino və televiziya sahəsində rejissor və rejissor köməkçisi kimi fəaliyyət göstərib, uzun illər müxtəlif kino və televiziya layihələrinin rejissorluq və planlaşdırma qruplarında çalışıb və peşəkar səhnəarxası əməkdaşlardan biri kimi tanınıb.
Qeyd edək ki, Tehranın Kəhrizək məhkəmə-tibbi ekspertiza binasından yayımlanan videolarda yüzlərlə cəsədin üst-üstə yığıldığı, habelə yaxınlarının cəsədlərini axtaran çoxsaylı şəxslərin türkcə danışdığı müşahidə olunur. Bu görüntülər etirazların yatırılması zamanı öldürülənlərin əhəmiyyətli hissəsinin türk mənşəli vətəndaşlar olduğunu göstərir.
28 Avqust 10:48
1 526
25 Avqust 11:15
2 688
25 Avqust 11:13
2 555