29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
13 May 11:27
11 277
Gunaz TV-nin məlumatına görə, Güney Azərbaycanda yağıntıların artması ilə eyni vaxtda sosial şəbəkə istifadəçiləri Urmu gölündən yeni görüntü və videolar paylaşaraq bu su hövzəsinin vəziyyətində yaxşılaşma olduğunu bildiriblər.
Paylaşılan görüntülər gölün bəzi hissələrinə suyun geri qayıtdığını, su səthinin genişləndiyini və bölgənin mənzərəsinin nəzərəçarpacaq şəkildə dəyişdiyini göstərir. Bu görüntülər sosial şəbəkələrdə geniş əks-səda doğurub və bir çox istifadəçi bunu Urmu gölünün yenidən canlanması kimi qiymətləndirib.
Yayımlanan məlumatlara görə, Urmu gölünün su hövzəsində müşahidə olunan güclü yağıntılar, eləcə də çaylar və su anbarlarından daxil olan su gölün hazırkı vəziyyətinin yaxşılaşmasına təsir göstərib.
Bununla belə, bəzi ekoloji ekspertlər xəbərdarlıq edirlər ki, bu dəyişikliklər mütləq davamlı bərpa anlamına gəlmir və su ehtiyatlarının uzunmüddətli idarə olunması, kənd təsərrüfatında su istehlakının azaldılması və elmi planlaşdırma olmadan bu yaxşılaşma müvəqqəti ola bilər.
28 Avqust 10:48
1 505
25 Avqust 11:15
2 667
25 Avqust 11:13
2 534