Səhəndin “Sazımın sözü” poemalar silsiləsində “Ağac” mifopoеtik obrazı Güney Azərbaycan

Səhəndin “Sazımın sözü” poemalar silsiləsində “Ağac” mifopoеtik obrazı

1-ci yazı

Ağac arxetipi, sakral-ilahi kökü olan ağac obrazı Azərbaycan xalqının mənəviyyat tarixi, inanclar dünyası, mifoloji təfəkkürü ilə sıx bağlıdır. Ağac obrazı mifik yaddaşda, eləcə də yazılı ədəbiyyatda həm də “Həyat ağacı” (həmçinin “Nəsil ağacı-Şəcəre-yi Tuba”) kimi təqdim olunur və bu təqdimatda əsasən artım, xeyir-bərəkət, yaşama bağlılıq, həyat qaynağı, əbədiyyət anlamlarını ifadə edir. Çox maraqlıdır ki, Bulud Qaraçorlu Səhənd xalqa məhz hardan gəlib hara getdiyini anlatmaq üçün intibah abidəmiz “Kitabi Dədə Qorqud” dastanının altı boyunu nəzmə çəkərək “Dədəmin kitabı” - “Sazımın sözü” silsilə poemalarını qələmə alıb, eyni zamanda bu əsərlərdə mənsub olduğu xalqın milli kimliyini göstərib. O, poemalarında ağac arxetipinə müraciət edərək öz fikir və düşüncələrini bu mifopoetik obrazın vasitəsilə ifadə edib, xalqın folklorunun, onun tarixi keçmişinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin, adət-ənənələrinin qədimliyini, özəlliyini daha təsirli və parlaq şəkildə ortaya çıxarıb, bədxahlarına, haqqını tanımayanlara onun ağız ədəbiyyatını, folklorunu tanıtmaq amacı ilə yazıb-yaradıb, bu yolda qələminin və təfəkkürünün gücü ilə mübarizə aparıb.
“Milli yaddaşda millətin tarixi bütöv xalqın taleyindən keçdiyi kimi, hər bir fərdin taleyindən də keçib gələcəyə gedir... Folklor xalqın taleyidir: hər bir etnosun taleyi onun milli yaddaşa nə dərəcədə bağlılığından asılıdır. Yaddaşına qayıda bilən xalq onu millətlər içində millət edən zirvəyə qalxa bilir...”
Öz kökünü, ilkini və qaynağını, hardan gəlib hara gedəcəyini yaxşı bilən Bulud Qaraçorlu Səhənd də xalqın folklorunun onun tarixi keçmişinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin, adət-ənənələrinin qədimliyini, özəlliyini daha təsirli və parlaq şəkildə ortaya çıxardığını, bədxahlarına, haqqını tanımayanlaraonun ağız ədəbiyyatını, folklorunu tanıtmaq amacı ilə yazıb-yaradır, bu yolda qələminin və təfəkkürünün gücü ilə mübarizə aparırdı. O, xalqa məhz hardan gəlib hara getdiyini yansıtmaq üçün intibah abidəmiz “Kitabi Dədə Qorqud” dastanının altı boyunu nəzmə çəkib, “Sazımın sözü” və “Dədəmin kitabı” poemalarını qələmə alıb, eyni zamanda bu əsərlərdə mənsub olduğu xalqın milli kimliyini göstərib. “Ümumən bu qəbilli şeir və poemaların əsas ruhunu soykökə qayıdış, tarixə və folklora yaradıcı münasibətin poetik təzahürləri kimi də qiymətləndirmək mümkündür.”
Deməli, “Ağac öz şirəsini, həyat gücünü köklərdən aldığı kimi, “Kitabi-Dədə Qorqud” da milli ədəbi-estetik düşüncəmizin kökləri kimi ədəbiyyatımızı tarixən qidalandırıb. Elə buna görə də düşünürük ki, müasir şeirimizdə Dədə Qorqud obrazının elmi ədəbiyyatlardan bəlli olmayan estetik cizgiləri, bədii təxəyyüllə süslənmiş poetik semantikası birbaşa milli yaddaşımızın Qorqud kökləri (arxetipləri) ilə bağlıdır”.
Ümumiyyətlə, Ağac arxetipi, sakral-ilahi kökü olan ağac obrazı Azərbaycan xalqının mənəviyyat tarixi, inanclar dünyası, mifoloji təfəkkürü ilə sıx bağlıdır. Ağac obrazı mifik yaddaşda, eləcə də yazılı ədəbiyyatda həm də “Həyat ağacı” (həmçinin “Nəsil ağacı-Şəcəre-yi Tuba”) kimi təqdim olunur və bu təqdimatda əsasən artım, xeyir-bərəkət, yaşama bağlılıq, həyat qaynağı, əbədiyyət anlamlarını ifadə edir. Çox maraqlıdır ki, Səhənd əsərlərində ağac arxetipinə müraciət edərək öz fikir və düşüncələrini bu mifopoetik obrazın vasitəsilə ifadə edib. Ümumiyyətlə, orta çağlardan başlayaraq bütün dövrlərdə baş verən ədəbi prosesdə ənənə güclü olmuşdur, digər tərəfdənsə “sənətkarlar çox hallarda təkcə oxşar, yaxın və ortaq növlər, mövzular və süjetlər çərçivəsində deyil, həm də oxşar, yaxın və ortaq bədii qəliblər, üslubi fəndlər, obrazlar və təxəyyül lövhələri çevrəsində yeni bədii-estetik naxışlar və məna incəlikləri yaratmalı olmuşlar. Belə ortaqlıq və yaxınlıq özünü daha çox təsəvvüf yönümlü ədəbiyyatda göstərir, burada bədii düşüncə tərzinə gözəllik və çeviklik verən, onun məzmun qayəsini yetərincə zənginləşdirən mənəvi və ruhi dəyərlər daha önəmlidir.”
Səhəndin bu dəyərlərə müraciəti təsadüfi xarakter daşımır. Onun fəlsəfi mahiyyət daşıyan əsərlərinin mayasında böyük Tanrı sevgisi, ilahi eşq dururdu. Xalqın sevilən şairinin duygu və düşüncələr aləmini formalaşdıran mədəniyyətin özəyində də İslam təsəvvüfü, irfani təsəvvür və inanclar dayanırdı. “Sazımın sözü” poemasındakı “Duxa Qoca oğlu Dəli Domrul” boyunun sonunda qəhrəmanının - Dəli Domrulun qurtuluşu da, əslində şairin həyata və mistikaya fərdi baxışının inikasıdır. Şair qadir Tanrının bir “Ol” nidasıyla zühura gələn bü¬tün ya¬¬ra¬nışın, yerin, göyün, kainatın ilahi sevginin təzahürü olduğu qənaətindədir və bu tendensiya əsas məqsədinə müvafiq olaraq məhz “Dəli Domrul” boyunda ön plana keçir:

Kimsə bilməz necəsən sən.
Bəzi cahil adam səni
Göydə arar, yerdə arar.
Bilməz ki, sən nə göydəsən, nə yerdəsən.
Möminlərin ürəyində, qəlbindəsən,
Daim duran cabbar Tanrı!
Baqi qalan səttar Tanrı!

Könlündə böyük Tanrı eşqi yaşadan Səhənd bir filosof müdrikliyi ilə gördüklərini içdən hiss edir, duyur, duyduqlarını dərindən-dərinə düşünür, bu düşüncələrinə qəlbən inanır və bütün inanclarını son dərəcə böyük məhəbbətlə, sadə bir dillə, adi insanların belə anlayacağı tərzdə ifadə etməyə nail olurdu. Təsadüfi deyil ki, məhz bu özəlliyinə görə,
“Quran” təliminə görə, “Tuba cennette bir ağaçtır. Büyüklüğü yüz yıllık yer tutar. Ve cennet elbiseleri de onun tomurcuklarından yapılır.” Və “Sidre-i Münteha (Sınır Ağacı)” kimi də adlandırılan bu əfsanəvi ağac göyün ən son, yeddinci qatında-cənnətdədir və əbədiyaşarlığın, əbədi həyatın rəmzidir. “Qurani-Kərim”i gözəl bilən Səhəndə görə də Sidre-i Tuba ağacının budaqlarına qonub əyləşənlər, ərşə çıxanlar isə yalnız mələklərdir.
Dini əfsanəyə görə, yəhudilərin peyğəmbəri, Hz.Musanın da iki möcüzəsi olub ki, onlardan biri “Ağac” arxetipi ilə bağlıdır. Həmin əsanəyə görə, “Misir fironu onu mühakimə edərkən əlindəki ağac əsanı yerə atmış və həmin əsa əjdahaya çevrilərək fironu məhv edib. Digər yozuma görə isə Peyğəmbər Hz.Musa həmin əsanın qüdrəti ilə Nil çayını iki yerə bölmüş, axan sular dayanmış, çayın bir tərəfindən o biri tərəfinə keçmək mümkün olub. Səhənd Hz.Musanın əjdahanı məhv edən əsası ilə bağlı əfsanə-detal vasitəsilə zülm, istibdad, haqsızlıq və ədalətsizlik hökm sürən dünyanın sonu olacağına, məzlumların, yoxsulların ahının bir gün əjdahalara, ilanlara çevrilərək onların əməyini mənimsəyən, qanını soran zalımları, azadlıq, haqq-ədalətin bərpası uğrunda uzun mübarizələrdə canından keçmiş igidlərin, mərdlərin həlak olmasını, yasını toy, şənlik kimi qəbul edən namərdləri məhv eməsinə, könlündən illərdən bəri kök salmış qubarı, pası-dərdi silməsini diləyir:

Namərdin toyudur-igidin yası,
Tökülüb üzünün şərmü həyası,
Silinməz könlümün qubarı, pası
“Musayi-Kəlimin əsası ağac!”

“Əl ağacı” ifadəsini Səhənd insanın dayağı, arxası-köməyi mənasında işlədir. Əlbəttə, şair insanın həyatda ən yaxın dostunun, köməyinin, yardımçısının övladı-oğul balası olduğunu vurğulayır:

Oğul, oğul, canım oğul!
Aydınlıca göz işığım,
Əl ağacım, qanım oğul...
Ancaq “Sazımın sözü” poemasının “Dirsə xan oğlu Buğac” boyunda “Əl ağacı” ifadəsini “əl düləyim-yəni, əl ağacım” şəklində də ifadə edir, Dirsə xan xanımına müraciət edərkən həyat arkadaşının-evinin dirəyinin özəlliklərini sadalayır və bu ifadəni sırf ayaqda durub yeriməsinə yardımçı olan gərəkli bir vasitə, arxa, dayaq kimi işlədir:

Qoşa badam sığışmayan dar ağızlım,
Yanaqları güz alması al yanaqlım,
Ev dirəyim, əl düləyim.

Esmira Fuad
Filologiya üzrə elmlər doktoru