Baş nazir: Yaponiya Rusiya ilə sülh müqaviləsi imzalamaq niyyətindədir Dünya

Baş nazir: Yaponiya Rusiya ilə sülh müqaviləsi imzalamaq niyyətindədir

Yaponiya Rusiya ilə sülh müqaviləsi imzalamaq niyyətindədir.

APA Yaponiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin yeni Baş naziri Sanae Takaiçi parlamentdəki proqram nitqində bildirib.

“Hazırda Rusiya ilə münasibətlər mürəkkəb vəziyyətdədir, lakin Yaponiya hökumətinin kursu ərazi məsələsini həll etmək və sülh müqaviləsi imzalamaqdan ibarətdir”, - Takaiçi qeyd edib.
Xatırladaq ki, Moskva və Tokio arasında İkinci Dünya müharibəsindən sonra sülh müqaviləsi hələ də imzalanmayıb.

64 yaşlı Sanae Takaiti ötən həftə hakim Liberal Demokrat Partiyasının sədri seçildikdən sonra Yaponiya tarixində ilk qadın Baş nazir olub. O, ölkədə sağçı baxışları ilə tanınır və Yaponiyanın ən böyük mühafizəkar və millətçi qeyri-hökumət təşkilatı “Nippon Kaiqi”nin üzvüdür.