Təbrizli boksçu Polşada keçirilən dünya çempionatında kolumbiyalı rəqibini məğlub edib Güney Azərbaycan

Təbrizli boksçu Polşada keçirilən dünya çempionatında kolumbiyalı rəqibini məğlub edib

Şərqi Azərbaycanı İranın gənclərdən ibarət milli yığma komandasında təmsil edən Mehdi Pərvizi Polşada keçirilən dünya çempionatında uğur qazanıb.

O, ilk görüşündə kolumbiyalı rəqibini məğlub edib.

49 kq çəki dərəcəsində mübarizə aparan Mehdi Pərvizi hər üç raundda əzmkar döyüşüb, kolumbiyalı boksçunun uğurlu çıxışına imkan verməyib.

Üç raundda kolumbiyalı Daniel İpiyanı məğlub edən azərbaycanlı boksçu Polşada keçirilən Dünya Kubokunun 1/4 (dörddə bir) finalına yüksəlib.

Boks üzrə Gənclər arasında Dünya Çempionatı 12 april bazar ertəsi günü Polşanın Klits şəhərində başlayıb və 11 gün davam edəcək.

Gunaz.tv