Azərbaycanlı millət vəkili: “Prezidentin təbliğat-təşviqat dönəmində verdiyi vədlərə əməl olunsun” Güney Azərbaycan

Azərbaycanlı millət vəkili: “Prezidentin təbliğat-təşviqat dönəmində verdiyi vədlərə əməl olunsun”

Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili parlamentdə Urmu gölü böhranından danışıb.
Cavad Cahangirzadə Urmu gölü böhranının artdığını qeyd edərək bildirib ki, "Qərbi Azərbaycan əhalisi prezident və onu müşayiət edən heyətin bölgəyə səfərini gözləyir. Urmu gölü ilə bağlı yayılan ziddiyyətli xəbərlər reallığa uyğun deyil və son həftələrdə duz küləkləri müşahidə olunur. Bu isə bölgə əhalisi, xüsusi ilə də gölkənarı məntəqə əhalisinin xüsusi nigaranlığına səbəb olur."
O sözlərinin davamında deyib: "Yeni hökumətdən gözləyirik ki, prezidentin təbliğta-təşviqat dönəmi verdiyi ən önəmli vədinə əməl olunsun. Prezident bildirmişdir ki, nəyin bahasına olur-olsun Urmu gölünü canlandırılacaq. Urmu gölü böhranı ilə bağlı daha çox vaxt itirsək, onun bərpası biraz da çətinləşəcək və daha çox vəsait (büdcə) tələb olunacaq."
Millət vəkili öz çıxışında müəllim və işçilərin durumuna da işarə edib. O bildirib ki, "hər il ordibeheşt (hicri-şəmsi təqvimi ilə) ayında iki zəhmətkeş və önəmli kəsim yəni müəllim və işçilər ağırlanır. Olar ölkənin dəyərli zəxirələridir və ümid edirəm ki, dövlət və parlament onların minimum ehtiyaclarını təmin edəcək."