

9 Sentyabr 17:13
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Azərbaycan millisinin bacarıqlı oyunçuları var”.
Bu sözləri İrlandiya millisinin basketbolçusu Şon Flud dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.
O, matçdan öncə komandada ab-havanın yaxşı olduğunu bildirib: “Hər kəs bu görüşə köklənib. Qrupda qələbə qazanmamışıq. Əvvəlki oyunlarda hazırlığımız da istənilən səviyyədə deyildi. Məqsədimiz bugünkü görüşdən qalibiyyətlə ayrılmaqdır. Azərbaycan seçməsi Cordan Deyvis kimi təcrübəli oyunçuya sahibdir. O, İspaniyanın yüksək liqasında oynayır və Avropada kifayət qədər uğurlu karyerası olub. Qarşıda duran ilkin vəzifəni layiqincə yerinə yetirmək niyyətindəyik”.
Qeyd edək ki, Dublin şəhərində keçiriləcək İrlandiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.