Fon der Leyen Aİ sammitində Ukrayna ilə bağlı sualları cavablandırmaqdan imtina edib
BP: AÇG-də hasilatın 2026-cı ili artımla başa vuracağı gözlənilir
Türkiyənin 42 vilayətində kiberdələduzluq əməliyyatı: 74 nəfər saxlanılıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Misirli diplomat Rusiya xalqının birlik ili münasibətilə təşkil olunan konsertdə iştirak edib
2 Fevral 16:56
3 409
Təhsildə inkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olan “Mən gələcəyin robototexnikiyəm” layihəsi çərçivəsində növbəti uğurlu fəaliyyət həyata keçirildi.
Layihənin əsas məqsədi Goranboy rayonu Quşçular kəndi tam orta məktəbinin 8–12 yaşlı şagirdlərini robototexnika və innovativ texnologiyalarla erkən yaşlardan tanış etmək, onların maraq dairələrinə uyğun şəkildə proqramlaşdırma, robotların fərdiləşdirilməsi, hərəkət və dil funksiyalarının qurulmasını öyrətməkdir.
Layihə çərçivəsində planlaşdırılan əsas fəaliyyətlərdən biri olan STEAM İnnovasiya Mərkəzinə ekskursiya 29 yanvar 2026-cı il tarixində uğurla baş tutdu. Ekskursiyada layihə rəhbəri Aytən Məmmədova və 20 nəfər şagird iştirak etdi.
Səfər zamanı şagirdlər STEAM mühiti ilə yaxından tanış oldu, robototexnika və müasir texnologiyalar sahəsində həm nəzəri, həm də praktiki biliklər əldə etdilər. Bu ekskursiya şagirdlərin texnoloji düşüncəsinin, yaradıcılıq bacarıqlarının və gələcək peşə maraqlarının formalaşmasına mühüm töhfə verdi.
“Mən gələcəyin robototexnikiyəm” layihəsi region məktəblərində innovativ təhsilin inkişafına xidmət etməklə yanaşı, uşaqların gələcəyin texnologiyalarına hazırlanmasında əhəmiyyətli rol oynayır.
Bu maarifləndirici səfərin yüksək səviyyədə təşkili, yaradılan müasir və əlverişli mühit, eləcə də şagirdlərə göstərilən diqqət və qayğıya görə STEAM İnnovasiya Mərkəzinin rəhbərliyinə və peşəkar kollektivinə səmimi təşəkkürümüzü bildiririk.


















