Rusiyanın Xarkova dron hücumunda 2 nəfər ölüb, yaralananlar var
Həlak olmuş iki minatəmizləyənin ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub
Emin Əmrullayev Şimali Kipr Türk Respublikasının Baş naziri ilə görüşüb
DTX rəisi: Qlobal və regional gərginliklərə baxmayaraq, ölkədə siyasi sabitlik qorunub saxlanılıb
2 Fevral 12:14
4 396
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 2 Fevral - Gənclər Gününə həsr olunmuş “Zaman sənindir!” adlı tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində geyim dizaynerləri olan gənclər Selcan Qasımzadə, Aydan Novruzova öz kolleksiyalarından nümunələr təqdim edərək, həm təsviri sənət və dizayn sahəsində hazırladıqları kreativ işlər barədə, həm də məşğul olduqları sənət sahəsi haqqında məlumat veriblər.
Tədbirdə, həmçinin Aydan Novruzovanın geyim dizaynı ilə yanaşı, incəsənətin çox qədim və nadir növlərindən biri olan qobelen toxuculuğuna məxsus əl işləri də nümayiş olunub.
Tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, tədbir gənclərin yaradıcılıq potensialının tanıdılması və sənət sahəsində özünüifadə imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
17:35
504
11:12
987
2 Aprel 19:58
1 204