28 Mart 16:56
17 Yanvar 2025 23:25
5 726
Çatışmayan cəhətlərimiz nəzərə çarpırdı.
Xalqcebhesi.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Şamaxı"ya qalib gəldikləri Misli Premyer Liqasının XIX turunun oyunundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis qələbəyə görə futbolçularına təşəkkür edib:
"Çatışmayan cəhətlərimiz nəzərə çarpırdı. Bu gün sürət komandamızda dinamik və baxımlı oyun gözləmək asan deyildi. Çox vacib qalibiyyət əldə etdik. Ayxan Abbasov yaxşı kollektiv formalaşdırıb. "Şamaxı" öz oyununu get-gedə daha da təkmilləşdirir. Rəqib baş məşqçiyə uğurlar arzulayıram. Azarkeşlərimiz belə havada bizə dəstək oldular. Onlara təşəkkür edirəm".
Qeyd edək ki, XIX turun görüşündə "Qarabağ" doğma meydanda "Şamaxı"ya 3:2 hesabı ilə qalib gəlib.
26 Mart 12:39
2 086
25 Mart 16:33
2 429
25 Mart 14:06
2 471