Azərbaycan millisinin üzvü qabırğasını sındırdı İdman

Azərbaycan millisinin üzvü qabırğasını sındırdı

Azərbaycan milli komandasının cüdoçusu Vüsal Qələndərzadə Tacikistanın paytaxtı Düşənbədə keçirilən Böyük Dəbilqə turnirində ağır zədə alıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Teleqraf-a federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsullu məlumat verib.

Onun sözlərinə görə, 73 kq çəki dərəcəsində yer alan Qələndərzadənin qabırğası sınıb:

"Ona görə həm 1/4 final görüşünü yarımçıq dayandırmalı oldu, həm də təsəlliverici görüşə çıxa bilmədi. Zədəsinin bərpası təxminən 2-3 ay çəkəcək”.