
Netanyahunun Bakıya səfəri təxirə salındı
3 May 22:00
3 May 22:00
ABŞ-ın Səudiyyə Ərəbistanına 3,5 milyard dollar dəyərində raket satışına ilkin icazə verdiyi bildirilir.
İlk təsdiqlənmiş satış çərçivəsində ABŞ Səudiyyə Ərəbistanına 1000 ədəd AIM-120C-8 qabaqcıl orta mənzilli hava raketləri, istiqamətləndirici bölmələr və texniki dəstək verəcək.
Raketlər ABŞ-ın Arizona ştatında yerləşən RTX korporasiyası tərəfindən istehsal olunacaq.
3,5 milyard dollarlıq satışın başa çatdırılması üçün ABŞ Konqresindən icazə tələb olunur.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinə bağlı Müdafiə Təhlükəsizliyi və Əməkdaşlıq Agentliyinin (DSCA) verdiyi açıqlamada, bu satışın Körfəz Bölgəsində siyasi sabitliyə və iqtisadi tərəqqiyə töhfə verən tərəfdaş ölkənin təhlükəsizliyini artıracağı, eyni zamanda ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik hədəflərini dəstəkləyəcəyi qeyd edilib.
Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələri ABŞ-dan sonra dünyada ikinci ən böyük F-15 qırıcı təyyarə parkına malikdir.
Məryəm