İranda ildırım vurması nəticəsində iki nəfər ölüb, dörd nəfər xəsarət alıb Dünya

İranda ildırım vurması nəticəsində iki nəfər ölüb, dörd nəfər xəsarət alıb

İranın qərbindəki Kirmanşah əyalətində ildırım vurması nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə əyalətin fövqəladə halların idarə olunması təşkilatının rəhbəri Əlireza Heydari "Tasnim" agentliyinə müsahibəsində bildirib.

"Rəvansar rayonunun mərkəzi Həsənabad-e Qarax kəndində ildırım vurması nəticəsində iki həmyerlimiz həlak olub, 3 nəfər isə yaralanıb. Bundan başqa, Cavanrud-Rəvansərdə daha bir nəfəri ildırım vurub".

Hadisə yerinə həkimlər cəlb olunub və zərərçəkənlərə lazımi köməklik göstərilib.