"Azərsun Holdinq”in yeni sədri bəlli oldu İqtisadiyyat

"Azərsun Holdinq”in yeni sədri bəlli oldu

"Azərsun Holdinq”in Müşahidə Şurasının yeni sədri müəyyənləşib.

Xalqcebhesi.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu vəzifəyə Əhməd Gözəl gətirilib.

Bu ilin yanvarında dünyasını dəyişən Abdolbari Gözəlin oğlu olan Əhməd Gözəl 2006-cı ildə Bilkənd Universitetinin menecment ixtisası üzrə məzunu olub. Elə həmin ildən etibarən "Azərsun Holdinq”in idarəetməsində yaxından iştirak edib.

Şirkətlər qrupunun müxtəlif strukturlarında fəaliyyət göstərdikdən sonra 2018-ci ildən etibarən "Azərsun Holdinq”in Müşahidə Şurasının sədr müavini və Holdinqin təftiş komissiyasının sədri təyin edilib. 2022-ci ildən etibarən Azərbaycan Sənaye Bankı ASC-nin Müşahidə Şurasının sədri vəzifəsini icra edir.