

Çin ABŞ ilə ticarət danışıqları apara bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyinin açıqlamasında bildirilib.
"ABŞ bu yaxınlarda Çinlə danışıqlara başlamaq ümidi ilə müvafiq tərəflər vasitəsilə Çinə mesaj göndərib. Hazırda Çin bunu qiymətləndirir", - nazirlik vurğulayıb.
Qeyd edək ki, ABŞ Çindən idxala rüsumu 145%-ə qaldırıb.