Fitsonun səhhəti pisləşdi, görüşlər təxirə salındı Dünya

Fitsonun səhhəti pisləşdi, görüşlər təxirə salındı

Slovakiyanın Baş naziri Robert Fitso səhhəti ilə əlaqədar iş səfərlərini və tədbirləri ləğv edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, buna səbəb sui-qəsd cəhdindən sonra yaranan ciddi sağlamlıq problemləri olub.

Fitso 1 May şənliklərində iştirakdan imtina edib, Oksford Universitetindəki mühazirəsini təxirə salmalı olub. Baş nazir Çexiyanın keçmiş prezidenti Miloş Zemanla televiziya proqramında da iştirak etməyib.

Rəsmi mənbələr baş nazirin proqramındakı dəyişikliklərin səbəbləri barədə məlumat verməyib.