Əhalinin nəzərinə: Maaş sistemində vacib dəyişiklik - Video İqtisadiyyat

Əhalinin nəzərinə: Maaş sistemində vacib dəyişiklik - Video

Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər əmək bazarında yeni mərhələnin başlanğıcı ola bilər. Artıq saatlıq əmək haqqı sistemi hüquqi çərçivəyə salınır. Bu isə həm işəgötürənlər, həm də işçilər üçün yeni imkanlar və suallar deməkdir. Hazırda əmək haqqı əsasən aylıq şəkildə hesablanır. Lakin bu, qısamüddətli və qeyri-daimi işlər üçün müəyyən çətinliklər yaradır. Təklif edilən saatlıq əmək haqqı sistemi bu boşluğu aradan qaldırmağa yönəlib.

Xalqcebhesi.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, millət vəkili Vüqar Bayramovun sözlərinə görə, yeni mexanizm işçinin faktiki işlədiyi saatlara uyğun olaraq əmək haqqı almasını nəzərdə tutur. Bu sistem xüsusilə müvəqqəti işlər, frilans fəaliyyəti və yarımştat iş yerləri üçün daha şəffaf və çevik imkanlar yaradacaq. Eyni zamanda, bu sistem işçilər üçün əlavə üstünlüklər də təmin edəcək.

Millət vəkilinin sözlərinə görə, şəxs gündəlik müəyyən olunmuş iş saatından artıq çalışdıqda, eləcə də bayram və istirahət günlərində əmək haqqı fərqli qaydada hesablanacaq.

Qeyd edək ki, hazırda ölkədə fəaliyyət göstərən bəzi restoranlarda artıq saatlıq əmək haqqı sistemi tətbiq olunur. Bu hallarda bir saatlıq ödəniş 2-3 manat arasında dəyişir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: