

İyunun 25-dən 28-dək İtaliyanın Kaorle şəhərində güləş üzrə U-15 Avropa çempionatı keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan 2017-ci ildən təşkil olunan bu yarışda ilk dəfə tam heyətlə – 39 güləşçiylə iştirak edəcək. Reqlamentə əsasən, ölkələr hər növdə 13 idmançıyla təmsil oluna bilər. Azərbaycan 2022-ci ildən bu yana sərbəst və yunan-Roma güləşində U-15 Avropa çempionatlarında tam heyətlə mübarizə aparırdısa, bu dəfə qadın güləşində tam heyətlə təmsil olunacaq.
Məsul yarışa sərbəst güləşçilər start verəcəklər. Yığmanın heyətində Sərxan Musayev, Cavanşir Süleymanov (hər ikisi 38 kiloqram), Hüseyn Rzazadə (41 kiloqram), İbrahim Həsənov (44 kiloqram), Tunar Sultanzadə, Əkbər Əsgərov (hər ikisi 48 kiloqram), Yusif Hüseynov (52 kiloqram), Muraz Hüseynov, Elcan Həsənov (hər ikisi 57 kiloqram), Məhəmməd Həsənli (62 kiloqram), Xəyal Şükürlü (68 kiloqram), Elvin Necəfzadə (75 kiloqram) və Elgün Kərimli (85 kiloqram) yer alıblar.
Qızların yarışında Ülviyyə Musayeva (33 kiloqram), Gülay Xasməmmədova (36 kiloqram), Leyla Əsgərova (39 kiloqram), Gülnar Ağadadaşova, Yağmur Məlikli (hər ikisi 42 kiloqram), Nuray Cəfərli, Məryəm Hacıyeva (hər ikisi 46 kiloqram), Günel Kərimli, Aişə Cabbarova (hər ikisi 50 kiloqram), Məryəm Əmrəli (54 kiloqram), İnci Abdullayeva (58 kiloqram), Rəna Nuriyeva (62 kiloqram) və Simurə Abdullayeva (66 kiloqram) qüvvəsini sınayacaq.
Qitə birinciliyinə yunan-Roma güləşçiləri yekun vuracaq. Millimizin heyətində Hüseyn Əmrahlı, Xudayar Kərimli (hər ikisi 38 kiloqram), Rahib Əhmədov (41 kiloqram). Ömər Salmanov (44 kq), Vəkil Bəşirov 48 kiloqram), Qurban Məcnunov, Hüseyn Mustafazadə (hər ikisi 52 kiloqram), İbrahim Məmmədzadə (57 kiloqram), Nadir Həsənov (62 kiloqram), Əli Məmmədov (68 kiloqram), Ruslan Nuruyev (75 kiloqram), Məhəmməd Orucov və Zöhrab Səfərov (hər ikisi 85 kiloqram) xalçaya çıxacaqlar.
Hər gün Bakı vaxtı ilə saat 13:00-da başlayacaq yarışı idarə edəcək hakimlər sırasında III kateqoriyaya sahib Kənan Hacıəliyev və Sevinc Yusibova da yer alacaqlar.