Azərbaycanla BMT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Pezeşkian: İran müdafiə qabiliyyətinin gücləndirilməsi üçün tədbirlər görür
Azərbaycanla Dünya Bankı arasında dövlət maliyyəsinin idarə olunması üzrə əməkdaşlıq müzakirə olunub
Lukaşenko və Putin nüvə qüvvələrinin təlimi zamanı videoəlaqə yaradıblar
16:14
714
Koreya Respublikasının Prezidenti Li Cemyön Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
“Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza Koreya Respublikasının Hökuməti və xalqı adından səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Koreya ilə Azərbaycanın sarsılmaz dostluğa və dərin etimada əsaslanan əməkdaşlıq münasibətlərinin davamlı şəkildə inkişafını olduqca önəmli hesab edirəm.
Ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə və müxtəlif sahələrdə sıx mübadilələr vasitəsilə əməkdaşlığımızın üfüqlərinin genişlənəcəyinə ümidvaram.
Zati-aliləri, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasına davamlı tərəqqi və firavanlıq, xalqınıza xoşbəxtlik arzulayıram”.