22 Avqust 15:31
“Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Əməkdar jurnalist Nurani Yasamal qəbiristanlığında dəfn edilib - YENİLƏNİB
Astarada dənizdə boğulduğu iddia edilən 5 uşaq atasının hava yolu ilə ölkəni tərk etdiyi məlum olub
ABŞ məhkəməsi Trampın 75 ölkəyə qoyduğu viza qadağasını ləğv edib
21 May 15:20
2 310
2030-cu ilin sonunadək Bəhreynin paytaxtı Manamanın əsas təşəbbüsü davamlılığın, rəqabət qabiliyyətinin və sosial bərabərliyin maksimum səviyyədə təmin edilməsidir.
Bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən təşkil olunan “Körfəz Əməkdaşlıq Şurası (GCC) və Ərəb Regionunda Ağıllı Şəhərlər” adlı tədbir zamanı Bəhreynin bələdiyyə məsələləri və kənd təsərrüfatı nazirinin xüsusi layihələr üzrə müşaviri Yusif Məhəmməd Əl Qəssab bildirib.
Onun sözlərinə görə, əsas məqsədlərdən biri enerji, mobillik və urbanizasiya sahələrini əhatə edir.
Yusif Məhəmməd Əl Qəssab bildirib ki, Manamada istifadə olunan praktika göstərib ki, “ağıllı şəhər” proqramı həm texnoloji baxımdan inkişaf etmiş, həm də insan yönümlü ola bilər.
"Məqsədlər və işçi qruplar çərçivəsində bütün qurumlar Mənzil, İnkişaf, Layihələr və İnfrastruktur Nazirliyinin koordinasiyası altında birləşdirilib ki, Manamanın “ağıllı şəhər” kimi inkişafına dair bütün layihələr ahəngdar şəkildə həyata keçirilsin", - Yusif Məhəmməd Əl Qəssab qeyd edib.
O əlavə edib ki, Manama həm paytaxt, həm də Bəhreyn krallığının əsas ticarət mərkəzi kimi formalaşıb.
22 Avqust 15:54
763
22 Avqust 15:23
777
22 Avqust 11:07
861