7 Sentyabr 16:15
7 Sentyabr 14:52
21 May 17:28
2 786
Əlçatan mənzil probleminin həlli üçün uzunmüddətli maliyyələşdirmə və institusional investisiyalar həlledici əhəmiyyət daşıyır.
Bunu Federal Capital Partners şirkətinin təsir investisiyaları üzrə vitse-prezidenti Alecia Hill Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Kapital, potensial və bazar etimadı" panelində bildirib.
Onun sözlərinə görə, ABŞ-da mənzil bazarının dəyəri 55 trilyon ABŞ dollarından çox olsa da, ölkədə təxminən 7 milyon mənzil çatışmazlığı qalmaqdadır.
A.Hill qeyd edib ki, ABŞ-da əlçatan mənzil sektorunun əsas maliyyə alətlərindən biri 30 ildən artıqdır tətbiq olunan vergi kreditləri proqramıdır. Bununla belə, mövcud mexanizmlər mənzil çatışmazlığını tam aradan qaldırmağa kifayət etməyib.
O vurğulayıb ki, mənzil böhranının həlli üçün dövlət dəstəyi, qarışıq maliyyələşdirmə mexanizmləri və uzunmüddətli investisiya mənbələrinin birgə fəaliyyəti vacibdir.
7 Sentyabr 15:00
1 001
7 Sentyabr 14:08
945
7 Sentyabr 11:24
1 001