

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Azərbaycanın velosiped idmanı üzrə müxtəlif yaş qruplarından ibarət milli komandaları Gədəbəyə təlim-məşq toplanışına yola düşüblər.
Velosiped İdmanı Federasiyasından AZƏRTAC-a bildirilib ki, ayın sonunadək dəniz səviyyəsindən 1500-1700 metr yüksəklikdə keçiriləcək təlim-məşq toplanışında idmançılar nəzəri-praktik məşqlərdə və təlimlərdə iştirak edəcəklər.
Təlim-məşq toplanışına yola düşməzdən öncə Azərbaycan Velosiped İdmanı Federasiyasında (AzVİF) tədbirin təşkilatçıları və idmançılarla görüş keçirilib. Federasiyanın I vitse-prezidenti Sahib Ələkbərov bildirib ki, AzVİF rəhbərliyi yığma üzvlərinin hazırlığının artırılmasına xüsusi diqqət yetirir, Gədəbəy rayonunun təbiəti və coğrafi şəraiti isə velosipedçilərin müxtəlif növ marşrutlarda məşq etmələrinə imkan yaradır. Onun sözlərinə görə, xüsusilə, yüksəklikdə yerləşən marşrutlar idmançıların fiziki hazırlığına müsbət təsir göstərəcək ki, bu da oktyabrda Fransada keçiriləcək Avropa çempionatına hazırlıq üçün olduqca önəmlidir.