Kaliforniyada 330 kvadrat kilometr ərazi yanıb Dünya

Kaliforniyada 330 kvadrat kilometr ərazi yanıb

ABŞ-ın Kaliforniya ştatında baş verən yanğınlarda 330 kvadrat kilometrdən çox ərazinin yandığı bildirilir.Avqustun 1-də Santa Barbara və San Luis Obispoda baş verən meşə yanğınlarının qarşısını almaq üçün səylər davam edir.

Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamentinin məlumatına görə, 330 kvadrat kilometrdən çox ərazini əhatə edən Gifford yanğını yalnız 9% əhatə olunub.

Xalqcebhesi.az NBC News-a istinadən xəbər verir ki, ən azı dörd kiçik yanğının birləşməsi nəticəsində böyüyən alovla 1900-dən çox yanğınsöndürən mübarizə aparır.

Yanğınsöndürənlər üç nəfərin xəsarət aldığını, 870-dən çox binanın yanğın təhlükəsi altında olduğunu bildiriblər.

Səlahiyyətlilər qeyd edib ki, yanğının səbəbləri araşdırılır.

Məryəm Quliyeva