

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Çinin Quanqdonq əyalətində son həftələrdə ağcaqanadlar vasitəsilə ötürülən çikunqunya virusunun 7000-dən çox hadisəsi aşkar edilib. Xəstəliklərin çoxu ölkənin cənubundakı Foşan şəhərində cəmləşib.
Xalqcebhesi.az xəbər verir ki, səlahiyyətlilər yoluxmuş insanları xəstəxanada karantinə alır və testlər aparır.
Eyni zamanda, qruplar ağcaqanadların çoxalda biləcəyi durğun su sahələrinə baxış keçirir, park və küçələrə həşəratlara qarşı dərmanlar səpilir.
Bioloji mübarizə tədbirləri çərçivəsində ağcaqanad yeyən balıqlar və “fil ağcaqanadları” da təbiətə buraxılıb.
Ağcaqanadlar tərəfindən yayılan bir virus: Çikungunya nədir?
Çikungunya virusu əsasən Aedes aegypti və Aedes albopictus cinsinin dişi ağcaqanadları tərəfindən ötürülür. Eyni ağcaqanadlar Zika və Dengue qızdırmasını da daşıya bilir. Virus adətən 4-8 gün ərzində simptomlar göstərir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, çikungunya virusu aşağıdakı simptomlarla özünü göstərir:
Yüksək hərarət
Şiddətli oynaqlarda ağrı
Əzələ ağrıları
Baş ağrısı
Mədə bulanması
Dəri töküntüsü
Simptomlar bir neçə gün davam etsə də, oynaqlardakı ağrılar həftələrlə və ya ayllarla davam edə bilər. Xüsusilə yaşlılar, körpələr və xroniki xəstəliyi olanlar daha ağır şəkildə təsirlənə bilər.
Məryəm Quliyeva