Azərbaycan millisi Dünya Qadın Seriyasının Səbail mərhələsinin yarımfinalında məğlub olub İdman

Azərbaycan millisi Dünya Qadın Seriyasının Səbail mərhələsinin yarımfinalında məğlub olub

3x3 basketbol üzrə Azərbaycan millisi Dünya Qadın Seriyasının Səbail mərhələsinin yarımfinalında məğlub olub.

“Report”un məlumatına görə, yığma bu raundda Niderlanda uduzub - 8:21.

Komanda bu gün 1/4 finalda Rumıniyanın “Rapid” klubuna qalib gəlib - 18:15.

Qeyd edək ki, B qrupunda yer alan Azərbaycan yığması ötən gün ilk görüşdə Çexiyaya (15:17) uduzsa da, Filippini üstələyib - 21:14.