

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası çərçivəsində dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə Azərbaycan-Macarıstan biznes forumu təşkil olunub.
"APA-Economics" xəbər verir ki, Birgə Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarton biznes forumda çıxış ediblər.
Nazir Sahil Babayev vurğulayıb ki, hökumətlər əməkdaşlıq üçün razılaşma çərçivəsini müəyyənləşdirir, biznes ictimaiyyəti və investorlar isə həmin razılaşmaları konkret layihələrə çevirirlər. Onun sözlərinə görə, biznes forum tərəfdaşlıqların qurulması, innovasiyaların təşviqi və yeni bazarlara çıxış baxımından mühüm platforma rolunu oynayır.
Azərbaycanın diversifikasiya, dayanıqlılıq və açıqlıq prinsiplərinə əsaslanan, sabit və etibarlı tərəfdaş olduğunu vurğulayan Sahil Babayev Macarıstan şirkətlərini Azərbaycana investisiya qoymağa dəvət edib, eyni zamanda, Azərbaycan şirkətlərinin də Macarıstanda və Avropa İttifaqında yeni inkişaf imkanlarını səbirsizliklə gözlədiyini diqqətə çatdırıb.
Forum çərçivəsində Azərbaycanın “Hieronica Limited” şirkəti ilə Macarıstanın İxracın Təşviqi Agentliyi (HEPA) arasında Anlaşma Memorandumu imzalanıb.
Biznes forumda iş adamları arasında görüşlər keçirilib, gələcək əməkdaşlığa dair müzakirələr aparılıb.
Biznes forumda ümumilikdə 90-dan artıq şirkət, o cümlədən Azərbaycandan 30 şirkət iştirak edib.