

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Xorvatiya Müdafiə Nazirliyi, atəşkəs halında belə, öz qoşunlarını Ukraynaya göndərmək niyyətində olmadığını açıqlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Xorvatiyanın Müdafiə naziri Ivan Anuşiç məlumat verib.
Xorvatiya ilə yanaşı, Polşa, İtaliya və Bolqarıstan da Ukraynaya qoşun göndərmək planlarından imtina ediblər.
Fransa Prezidenti Emmanuel Makron, Parisdəki "istəyənlər koalisiyası" görüşünün nəticələrinə əsasən, 26 ölkənin müharibə başa çatdıqdan sonra Ukraynaya təhlükəsizlik zəmanətləri verəcəyini bildirdi. O, bəzi ölkələrin Ukraynada olmadan, məsələn, Kiyevin qüvvələrini hazırlayıb təchiz etməklə bu zəmanətləri təmin edəcəklərini qeyd edib. Lakin, fransız lideri bu ölkələri açıqlamayıb və beynəlxalq kontingentin Ukraynada nə qədər olacağı barədə heç bir məlumat verməyib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynada minlərlə əsgərin olacağını bildirib.
"İstəyənlər koalisiyası"nın sammiti 4 sentyabrda Parisdə, Böyük Britaniya baş naziri Kira Starmer və Fransa Prezidenti Emmanuel Makronun rəhbərliyi altında qarışıq formatda keçirilib.
Məryəm Quliyeva