

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) proqnozlarına əsasən, 2030-cu ilə qədər Orta Dəhliz üzrə daşımaların həcmi 11 milyon tona, 2040-cı ilə qədər isə konteyner tutumu 865 min TEU-ya yüksələcək.
"APA-Economics"in Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Kommunikasiya Departamentinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib.
O bildirib ki, bu baxımdan, Orta Dəhlizin mühüm qolu olan Zəngəzur dəhlizinin açılması xüsusi əhəmiyyət kəsb edir.
"Zəngəzur dəhlizi təkcə Orta dəhlizin deyil, həm də Şimal–Cənub nəqliyyat dəhlizinin mühüm tamamlayıcı hissəsi kimi çıxış edir. Hindistan və İrandan gələn yüklərin Azərbaycan üzərindən şimal istiqamətinə daşınmasında bu dəhliz əlavə imkanlar yaradır. Belə ki, İrandan daxil olan yüklər Naxçıvan üzərindən Türkiyəyə, oradan isə Şimali Avropaya yönləndirilə bilər" - deyə Bəxtiyar Hacıyev qeyd edib.