Anxel Di Maria karyerasında 37-ci titulu qazanıb İdman

Anxel Di Maria karyerasında 37-ci titulu qazanıb

Argentinalı məşhur futbolçu Anxel Di Maria vətənində yeni titul qazanıb.

AZƏRTAC xəbər verir ki, Argentina Futbol Federasiyası mövsümün iki mərhələsi üzrə ən çox xal toplayan “Rosario Sentral” klubunu ölkə çempionu elan edib. Bu nəticə, həmçinin komandaya Libertadores Kubokunda iştirak hüququ qazandırıb.

Bu qərar ölkə futbol ictimaiyyətində müzakirələrə səbəb olub. Çünki çempionun müəyyənləşməsinə baxmayaraq, klublar pley-off mərhələsində mübarizəni davam etdirəcək, mövsümün birinci (Apertura) və ikinci (Klausura) hissələrinin qalibləri bəlli olacaq, eyni zamanda “qızıl oyun”da ən güclü komanda bilinəcək.

Qeyd edək ki, bu titul Anxel Di Marianın peşəkar karyerasında qazandığı 37-ci mükafat olub.