14 İyul 15:25
Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb
Xairici ölkələrdə hərbi təhsil almaq istəyən abituriyentlər üçün "Açıq qapı" günü keçiriləcək
ABŞ Prezidenti: Körfəz ölkələri Hörmüz boğazında ödəniş tətbiqinə qarşı çıxıb
Tramp: ABŞ hərbçilərinin İraqda yerləşdirilməsinə artıq ehtiyac yoxdur
6 İyul 10:42
3 514
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Samuel Marşakın “Pişiyin evi” nağılı əsasında hazırlanan eyniadlı tamaşasının oxunuş məşqlərinə başlanılıb.
Teatrın mətbuat xidmətindən xalqcebhesi.az-a verilən xəbərə görə, birhissəli səhnə əsərinin quruluşçu rejissoru Müşfiq Elmanoğlu, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatı Zaur Rəşidov, rejissor assistenti Nəsibə Canəliyeva, xoreoqraf Vüsalə Babayevadır.
Tamaşada Günel Məmmədova, Elşən Şıxəliyev, Mətləb Abuşov, Araz Pirimov, Nuranə Vaqifqızı, Zümrüd Quliyeva, Hüseyn Bayramov, Venera Abbasova, Tahir İsmayılov, Xaliq Bəkirov, Ümman Budaqov, Asya Atakişiyeva, Aygün Fətullayeva iştirak edirlər.
Tamaşa azyaşlılara dostluğu, xeyirxahlığı müsbət keyfiyyətlər kimi aşılayaraq, lovğalığın, təkəbbürün zərərverici xüsusiyyətlər olmasını göstərir. Həyatda var-dövlətin əbədi olmadığını təqdim edən səhnə əsəri ibrətamiz mesajları ilə bu günlə də səsləşir, aktuallığını qoruyur.
14 İyul 16:10
1 218
14 İyul 15:21
1 239
14 İyul 15:20
1 281


