Maraqlı fakt: 2026-cı ilin dörd əsas titulunu ispan məşqçiləri qazandı İdman

Maraqlı fakt: 2026-cı ilin dörd əsas titulunu ispan məşqçiləri qazandı

İspan məşqçilər 2026-cı ildə futbolun dörd ən nüfuzlu turnirinin qalibi olmaqla unikal nailiyyətə imza atıblar.

İspaniyalı mütəxəssislər il ərzində dünya futbolunun ən vacib turnirlərində çempion olublar.

Luis de la Fuente İspaniya millisini dünya çempionu edib. Onun rəhbərlik etdiyi komanda DÇ-2026-nın finalında Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edib.

2025/2026 mövsümündə Luis Enrike PSJ klubu ilə UEFA Çempionlar Liqasını və Fransa Liqa 1-ni qazanıb.

Unai Emeri “Aston Villa”nı UEFA Avropa Liqasının qalibi edib. Mikel Arteta isə “Arsenal”la İngiltərə Premyer Liqasının çempionluğunu əldə edib.