20:11
287
“Məğlubiyyətdən sonra ruhdan düşməməliyəm. Bunun üçün çox əziyyət çəkmişdim”.
Teleqraf xəbər verir ki, bunu Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazanan Azərbaycan güləşçisi İsfahan Həsənov deyib.
O, final qarşılaşmasında daha yaxşı mübarizə apara biləcəyini bildirib:
“Daha bir şansım olsa, əvvəlki görüşlə müqayisədə daha çox mübarizə aparar, əlimdən gələnin artığını etməyə çalışardım. Amma uğursuzluq oldu. Bundan artıq heç nə deyə bilmərəm”.
Həsənov məşqçilərinə təşəkkürünü çatdırıb:
“Fürsətdən istifadə edərək məşqçilərimə, şəxsi məşqçim Fikrət Hüseynliyə, Taleh Məmmədova, milli komandanın məşqçiləri Rauf Hüseynova, Kamran Məmmədova və digər mütəxəssislərə təşəkkürümü bildirirəm. Allah hamısından razı olsun”.
Güləşçi yarışa uzun müddət hazırlaşdıqlarını qeyd edib:
“Ölkə çempionatından sonra fasilə vermədən təlim-məşq toplanışlarında iştirak etmiş, böyük əziyyət çəkmişik. Allaha şükür ki, zəhmətimizin bəhrəsini gördük. Nəticə daha yaxşı da ola bilərdi”.