20 İyul 19:00
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb
BMT: Husilərin Səudiyyə Ərəbistanını blokadaya alması regional münaqişəni genişləndirəcək
Messidən məğlubiyyət sonrası ilk paylaşım: Bu yaranın sağalması vaxt aparacaq
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya rəsmi səfərə gəlib
Tramp: İran öldürülən hər amerikalı əsgərə görə ağır bədəl ödəyəcək
28 İyun 2019 11:22
12 915
"Barselona"nın vitse-prezidenti Jordi Kardoner PSJ-nin hücumçusu Neymarın Kataloniya təmsilçisinə qayıdacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Klub rəsmisi braziliyalı futbolçunu yenidən heyətə cəlb etmək istəmədiklərini deyib. Bildirib ki, "Barselona" Neymarın keçidi ilə bağlı heç bir addım atmayıb:
"Biz onu transfer etmək istəmirik. Direktorlar Şurası bu məsələni araşdırmayıb. Amma oyunçunun belə bir istəyinin olduğunu bilir. Deyəsən, Neymar qayıtmaq arzusundadır. Ən azından bunu dilə gətirib. Ancaq heç bir danışıq olmayıb. Buna görə narahat deyilik. Gedən futbolçunun qayıtmaq istməməsi məni təəccübləndirmir. Çünki dünyada "Barselona" kimi klub çox deyil. Digər futbolçular da olub, məsələn, Fabreqas komandadan ayrılıb, sonra isə qayıtmaq istəyib. Neymar böyük oyunçudur. Lakin bir anda getməyə qərar verdi. Hazırkı məqamda onunla əlaqə saxlamırıq. Ona görə də hələ danışılası heç nə yoxdur. Onun gedişi ilə bağlı xoşumuza gəlməyən bir çox məqam var. Əvvəlcə bəzi məsələlər öz həllini tapmalıdır".
Xatırladaq ki, Neymar 2013-2017-ci illərdə "Barselona"da oynayıb.
20 İyul 22:14
805
20 İyul 16:13
1 078
20 İyul 13:22
1 113