Türkiyədə Aİ-95 benzininin istehsal həcmi açıqlanıb Dünya

Türkiyədə Aİ-95 benzininin istehsal həcmi açıqlanıb

Bu ilin mart ayında Türkiyədə ümumilikdə 412 454 ton Aİ-95 markalı benzin istehsal edilib.

Bu barədə TurkicWorld-a Enerji Bazarının Tənzimlənməsi Qurumundan (EPDK) bildirilib.

Məlumatda qeyd edilib ki, istehsal olunun Ai-95 markali benzinin ümumilikdə 393 342 tonu Türkiye Petrol Rafinerileri A.S. (Tüpraş) tərəfindən istehsal edilib. Qalan 19 112 ton isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavodu tərəfindən istehsal edilib.

Belə ki , Tüpraş-ın Türkiyənin İzmit şəhərində yerləşən zavodundan ümumilikdə 192 644 ton, İzmirdə yerləşən zavodundan 134 305 ton və Kırklareli şəhərində yerləşən zavodundan isə 66 393 ton Aİ-95 markalı benzin istehsal edilib.