9 Avqust 2022 08:09
2 261
Dünyada koronavirusa yoluxanların sayı 580 milyonu keçib.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.
Məlumata əsasən, hazırkı dövrədək koronavirusa 581 686 197 nəfər yoluxub. Onlardan 6 410 961 nəfəri vəfat edib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.