Cənubi Koreya və ABŞ təlim zamanı dörd raket buraxıblar Dünya

Cənubi Koreya və ABŞ təlim zamanı dörd raket buraxıblar

Cənubi Koreya və ABŞ Şimali Koreyanın hərəkətlərinə cavab olaraq bu gün birgə təlimdə dörd "yer-yer" raketi buraxılıb.

Trend xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreyanın hərbçilərinə istinadən məlumat yayıb.

Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəislərindən bildiriblər ki, raketlər hədəfləri dəqiq vurub və müttəfiqlərin gələcək təxribatların qarşısını almaq qabiliyyətini nümayiş etdirib.
Qeyd edilib ki, raketlərin buraxılması KXDR tərəfindən həyata keçirilən ballistik raketin sınağından bir gün sonra baş tutub.