“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
8 Dekabr 2022 12:17
4 214
Bu gecə evlərində aparılan axtarışlardan sonra dövlət kömür hasilatı və ixracı şirkətinin keçmiş rəhbəri Battulgin Qanhuyaq, onun qohumları və bir neçə iş adamı iki gün saxlanılıb. " Xalq Cəbhəsi" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ulan-Batorda keçirdiyi brifinqdə Monqolustanın ədliyyə və daxili işlər naziri Xişqeeqiyn Nyambaatar bildirib. Qeyd edək ki, kömür oğurluğu ilə bağlı istintaqın gedişindən narazılıq, xüsusən də şübhəlilər haqqında məlumatın olmaması Ulan-Batorda artıq beşinci gündür ki, keçirilən kütləvi etiraz aksiyalarına səbəb olub. "Kömür oğurluğu hadisəsi ilə bağlı istintaqa dəstək vermək üçün işçi qrupu yaradılıb. İlk iclas çərşənbə günü keçirilib. İşçi qrupun iclasından sonra istintaq intensivləşib. Ötən gecə 8 nəfər, o cümlədən “Erdenes Tavan-Tolgoi” dövlət şirkətinin icraçı direktoru vəzifəsində çalışan Battulqın Qanxuyaq saxlanılıb”, - nazir xüsusi brifinqdə bildirib.
Cavid
30 Dekabr 2025 18:03
1 834
30 Dekabr 2025 17:54
1 771
30 Dekabr 2025 16:38
1 834