AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: qadın özünü hərəkətdə olan qatarın yoluna atdı
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
18:21
420
Bu gün saat 17:50 radələrində metronun “20 Yanvar” stansiyasında sərnişin özünü platformadan tunelə atıb.
Təqribən 40 yaşlarında olan sərnişin Dərnəgül stansiyasından Nizami stansiyasına doğru hərəkət edən qatarın yoluna qaçıb.
“20 Yanvar” stansiyasında olan metropoliten işçiləri və polis əməkdaşları dərhal hərəkətə keçərək tunelə verilən elektrik enerjisini kəsiblər.
Daha sonra polis əməkdaşları kişini tuneldən çıxarıblar.
Onun bu addımı hansı səbəbdən atdığı hələlik məlum deyil.
Hadisə ilə bağlı ətraflı məlumat verməyə çalışacağıq.
