Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır Dünya

Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır

Çin sədri Si Cinpin və Amerika Prezidenti Donald Tramp Çin liderinin ABŞ-yə səfəri zamanı 30 milyard dollar dəyərində olan mallara tətbiq edilən gömrük rüsumlarının qarşılıqlı azaldılması tapşırığının icrasının vacibliyini təsdiqləyiblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Məlumatda deyilir: "İki dövlətin başçıları ticarət və iqtisadiyyat məsələləri üzrə Çin-ABŞ məsləhətləşmələri mexanizminin müsbət rolunu, iki ölkənin ticarət-iqtisadi nümayəndə heyətləri arasında aparılan danışıqların nəticələrini - o cümlədən Ticarət Şurası kimi mexanizmlərin yaradılması və inkişafını, 30 milyard dollar dəyərində olan mallara rüsumların qarşılıqlı azaldılması barədə razılaşmaların əldə olunmasını, Kuala-Lumpurdakı ticarət-iqtisadi məsləhətləşmələrin nəticələrinin müddətinin uzadılmasını etiraf ediblər və onların icrasını təmin etməyi tapşırıblar".

Məryəm Quliyeva