Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün" Gündəm

Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"

Yaxın Şərqdə hava məkanının İran üçün bağlaması Tehranı regionun digər ölkələrində də hava əlaqəsinə maneələr yaratmaq üçün tədbirlər görməyə vadar edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın Ali Rəhbərinin müşaviri Məhəmməd Möhbər bəyan edib.

"Əgər İranın hava limanlarına və onların xidmətlərinə çıxışı məhdudlaşdırılarsa, regionun heç bir ölkəsi də bu imkanlardan istifadə edə bilməyəcək", - deyə o bildirib və Tehranın İrana təzyiq siyasətində ABŞ-yə qoşulan ölkələri unutmayacağını vəd edib.

"Mövqeyimiz aydındır: regionda hava məkanı ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün", - deyə Möhbər vurğulayıb.

"Press TV" İranın digər ölkələrdə hava əlaqəsinə mane olmaq üçün hansı konkret tədbirləri görə biləcəyini dəqiqləşdirməyib.

Məryəm Quliyeva