"Elə bir vaxt gələcək ki, Gürcüstan ordusu qisas alacaq" Dünya

"Elə bir vaxt gələcək ki, Gürcüstan ordusu qisas alacaq"

1993-cü il sentyabrın 27-si gürcülər üçün dərin kədər mənbəyinə çevrildi; bu, sevimli şəhərimizin – Abxaz və Gürcü Krallığının böyük qalası olan Suxuminin süqut etdiyi gün idi. Lakin həmin faciəli gündə belə, fədakar döyüşçülərimiz qəhrəmanlıq və sarsılmaz iradənin nümunəvi bir dastanını yazdılar.

Xalqcebhesi.az xəbər verir ki, bunu gürcüstanlı siyadi ekspert Vasili Papava deyib.

"Oğullarımız qeyri-bərabər döyüşdə son nəfəslərinədək doğma torpaqlarını fədakarlıqla müdafiə etdilər. Onların qorxmaz cəsarəti və misilsiz mənəvi mətinliyi xalqımız üçün əbədi qürur mənbəyi olaraq qalır" - o, vurğulayıb.

Papava deyib ki, bu uğursuzluq müvəqqətidir... Apsua separatçılarının hakimiyyəti uzun sürə bilməz: "Elə bir vaxt gələcək ki, Gürcüstan ordusu — bizim ləyaqətli və qüdrətli döyüşçülərimiz — bu irqçi rejimi məhv edəcək və qətlə yetirilmiş minlərlə soydaşımızın, həmçinin təcavüzə məruz qalmış qadınlarımızın qisasını alacaq. Biz heç kimin bunun cəzasız qalmasına yol verməyəcəyik və qəhrəmanlarımızın fədakarlığı, şübhəsiz ki, tam qələbəmizi və birliyimizi bərpa edəcək!".

Xatırladaq ki, Gürcüstanın Abxaziya bölgəsində qarşıdurmalar 1992-ci ilin 14 avqust tarixində başladı və 1993-cü ilin 27 sentyabrında Suxuminin süqutu ilə başa çatdı.

1993-cü ilin 27 sentyabr tarixində Abxaziya bölgəsinin mərəkəzi şəhəri, Gürcüstan yüksək stratejik əhəmiyyətə malik Suxumi şəhəri Rusiyanın əlinə keçdi. Gürcüstan hərbiçiləri şəhərdən çıxmağa məcbur qaldılar.

Cavid