Ərdoğan Türkiyənin İsrail üçün təhlükə yaratmadığını bildirib Gündəm

Ərdoğan Türkiyənin İsrail üçün təhlükə yaratmadığını bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tel-Əviv rəhbərliyinin Ankaranın regiondakı siyasətinə ünvanladığı tənqidlərə baxmayaraq, ölkəsinin İsrail üçün hər hansı təhlükə yaratmadığını bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Amerikanın "Newsweek" jurnalına müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Bir çox məsələlərdə İsrail hökuməti ilə ciddi fikir ayrılıqlarımız var. Son zamanlar İsraildə Türkiyəni yeni təhlükə mənbəyi kimi qələmə verməyə yönəlmiş yanlış nöqteyi-nəzər yayılmaqdadır. Biz hesab edirik ki, bu ritorika İsraildəki daxili siyasi dinamika və seçkiqabağı vəziyyətlə bağlıdır", — deyə Türkiyə Prezidenti əlavə edib.

Məryəm Quliyeva