2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
MN rəhbərliyi "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - VİDEO
Rüfət Mahmud: İçərişəhərdə səs siqnallarından istifadə mühiti pozur, bunun üzərində işləyirik
Azərbaycandan Afrikaya çarter reyslərinin təşkili nəzərdə tutulur
17:16
322
Azərbaycandan Afrikaya çarter reyslərinin təşkili nəzərdə tutulur.
APA xəbər verir ki, bunu Afrika-Azərbaycan Əməkdaşlıq Təşkilatının təsisçisi və sədri Rəna Qafarova II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Afrika və Azərbaycanı birləşdirmək: İnvestisiya, ticarət və artım” adlı panel sessiyada deyib.
O bildirib ki, gələcəkdə Azərbaycandan Afrikaya çarter reyslərinin təşkili planlaşdırılır.
“Ethiopian Airlines ilə görüşlərimiz var və gələcəkdə Azərbaycandan Afrikaya çarter reyslərinin təşkilini nəzərdə tuturuq. Bu reyslər AZAL və ya “Ethiopian Airlines” tərəfindən həyata keçirilə bilər. Bildiyiniz kimi, “Ethiopian Airlines” Afrikanın ən böyük aviaşirkətidir”, – Rəna Qafarova qeyd edib.